"ANS-dən tələb etmişik ki, ərazimizi boşaldın, bizə deyirlər "get, ay batandan sonra gəl""

"ANS-dən tələb etmişik ki, ərazimizi boşaldın, bizə deyirlər "get, ay batandan sonra gəl""
SOSİAL
17:33 02.06.2017
7634
AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün vaxt vermişdi. Sonuncu dəfə xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti ərazini tərk etməmişdi.

Modern.az saytı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Zoologiya İnstitutunun direktoru ilə yenidən əlaqə yaradıb.

İnstitutun direktoru Elman Yusifov sayta açıqlamasında bildirib ki, ANS teleşirkəti hələ də binanı tərk etməyib:

"Hazırda ANS-lə bağlı məsələdə heç bir irəliləyiş yoxdur. Bəlkə hüquq-mühafizə orqanları kömək etsə, ANS-in əmlakını binadan çıxara bilərik.

Sonuncu dəfə ANS-ə rəsmi məktub yazsaq da, bizi gözləmədən əks cavab verdilər. Bildirdilər ki, "get ay batandan sonra gəl". Belə halda yalnız yumorla bu böhrandan çıxmaq olar. Yəni konkret heç bir şey yoxdur.

Bizim bütün ərazimiz təxminən 2000 kvadrat metrdən çoxdur və qeyri-qanuni olaraq ANS teleşirkəti tərəfindən zəbt edilib. Onun təxminən 800 kvadrat metri hüquq-mühafizə orqanları tərəfindən bağlanılıb. Amma digər hissəsində ANS-in avadanlıqları yerləşir. Onlar da həmin əmlakı ərazidən çıxarmaq istəmir".

Elman Yusifov həmçinin qeyd edib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə də əlaqə yaratmaq mümkün deyil:

"Mirşahin Ağayev yəqin ki, aya köçüb. Çünki telefonlarımızın heç birinə cavab vermir. Çox güman ki, bizi "qara siyahı"ya salıb".

Xatırladaq ki, telekanalın qapadılmasına səbəb ötən ilin iyununda Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.

Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

O vaxtdan ANS-in yerləşdiyi binanın giriş qapısı bağlanıb, möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
12:13 23.06.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
12:12 23.06.2026
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
11:48 23.06.2026
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
11:45 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
11:32 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
11:30 23.06.2026
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
11:26 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
11:23 23.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
11:10 23.06.2026
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
SABAH qruplarına müəllim qəbulu elan edildi
11:06 23.06.2026
SABAH qruplarına müəllim qəbulu elan edildi
Bakı zooparkı ləğv olunur
11:03 23.06.2026
Bakı zooparkı ləğv olunur
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
11:02 23.06.2026
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
11:00 23.06.2026
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
10:39 23.06.2026
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
10:39 23.06.2026
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti
10:31 23.06.2026
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti