ANS-in aparıcısı yeni şəkillərini yayımladı - FOTOSESSİYA

ANS-in aparıcısı yeni şəkillərini yayımladı -  FOTOSESSİYA
MAQAZİN
13:08 19.05.2016
2526
ANS-in “Ağıl dəryası” verilişinin aparıcısı Murad Əzimzadə foto-kameralar önünə keçərək, fotosessiya etdirib.
Aparıcı bildirib ki, foto çəkdirmək onun hobbisidir:“Bu yaz-yay mövsümü üçün nəzərdə tutulmuş fotosessiyadır. Çəkiliş etdiyimiz məkan diqqətimi çəkdi. Çünki xarakterimə uyğun oldu. Hündür bir yer, ayağının altında dəniz və dünya boyda təklik. Təxminən 3 saata yaxın baş tutan çəkilişdə ayaqyalın oldum. Sağdan-soldan kərtənkələ və ilanları görmək həyəcanlı idi.İndi bu şəkilləri görən bəziləri deyəcəklər ki, sən modelsən? Model deyiləm. Sadəcə şəkil çəkdirməklə stress atıb, rahatlaşıram. Nə model, nə də aktyoram. Amma filmdə çəkilmək üçün təkliflər alıram. Filmə çəkilmək istəyərdim. Lakin konkret təklif və diqqətimi çəkən olmadığına görə, hələ ki, düşünürəm.Qeyd edək ki, M.Əzimzadənin fotolarını Rafiq Rüstəmli çəkib. Qrimini Lamiyə Əliyeva edib.
OXŞAR XƏBƏRLƏR