ANS-in aparıcısından həmkarlarına ağır sözlər: “Bisavad, meşan, həyasız…”

MAQAZİN
15:52 16.07.2015
2340
ANS-in “Salam, Azərbaycan” proqramının aparıcısı Aytən Səfərova həmkarlarını tənqid edib.AZXEBER.COM xəbər verir ki, bir müddətdir ki, bülletendə olan aparıcı televiziya kanallarında çalışanlarla bağlı fikirlərini “Facebook” hesabında paylaşıb: “Bu müddət ərzində yerli telekanallara bolluca baxmaq imkanım olub. Çox məyusam.Nə qədər bisavad, rayon ləhcəsilə danışan, ən dəhşəti isə bu ləhcələrlə şit zarafat edən, bayağı yumor və jurnalistikada amyoba səviyyəsində düşüncəyə malik olan "zərzibonlu", defektlə danışan, cümlənin əvvəli ilə sonu bilinməyən "söz zəncir"i quran, doğma dilini tam bilməyən, özü də, görünür əcnəbi dildən də xəbəri olmayan, adi ölkələr və şəhərlərin adlarını deməkdə və düzgün tələffüz etməkdə əziyyət çəkən psevdociddi, zövqsüz aparıcılar var imiş.Televiziyalarımızın bu dərəcəyə gəlib çatacağını heç vaxt ağlıma belə gətirməzdim. Mən Azərbaycanımızın telekanallarında bu qədər bisavadlıq, meşanlıq, həyasızlıq, nəzarətsizlik təsəvvür etmirdim”.A.Səfərova mətbuatda senzuranın ləğv edilməsi ilə bağlı məsələyə də toxunub:“Heydər Əliyev senzuranın ləğvinə dair sənəd imzalayanda yeniyetmə idim, jurnalistikaya təzə qədəm qoymuşdum. Yaşlı nəsil, jurnalistikanın asları, peşəkarlar çox sevinirdi, amma…Əziz həmkarlar, senzuranın ləğvi o demək deyil ki, bəziləriniz özünüzü bu dərəcəyə gətirib çıxarmalısınız. Belə təsəvvür yaranıb ki, indi küçədən keçən istənilən şəxs gəlib ekrana çıxa bilər.
OXŞAR XƏBƏRLƏR