“Azərsu” ASC-də yeni ictimaiyyətlə əlaqələr departamenti yaradılıb. Modern.az-a daxil olan məlumata görə, mətbuat xidməti, müraciətlər şöbəsi və “qaynar xətt” xidməti bu departamentin tabeliyinə verilib. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı departamentin rəhbəri təyin edilib. Anar Cəbrayıllı Modern.az-a açıqlamasında faktı təsdiqləyib.