ANS-lə bağlı MTRŞ-dan — Açıqlama

ANS-lə bağlı MTRŞ-dan — Açıqlama
SOSİAL
20:38 21.09.2017
1920
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov azvision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.
 
"Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb” – T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.
 
MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.
 
Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirib.
OXŞAR XƏBƏRLƏR