ANS “Maşın”ı ATV-dən aldı – Şou Başlayır

MAQAZİN
17:22 01.05.2015
5685

Hər kəsin maraqla izlədiyi “Maşın şou” yenidən efirə qayıdır.

AZXEBER.COM-un məlumatına görə, may ayının 9-da start veriləcək yarışma bu dəfə ATV-də deyil, ANS-də yayımlanacaq.

Tanınmış şoumen Murad Dadaşovun aparcılığı ilə baş tutacaq yarışmada, hər zaman olduğu kimi yenə məşhur simalar yer alacaq. Bu dəfə isə digərlərindən fərqli olaraq, “Maşın şou”nun əvvəlki layihəsində iştirak edən məşhur simalar da iştirak edəcək.

Qeyd edək ki, bu, son bir ayda ATV-dən ANS-ə transfer olunan 2-ci böyük layihədir. Bundan öncə isə məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının təqdimatında olan “Səni axtarıram” layihəsi “Axtarıram səni” adı altında ATV-dən ANS-ə dəyişib.

OXŞAR XƏBƏRLƏR