ANS Milli Məclisin deputatlarını və operator Akifi ifşa etdi - VİDEO

ANS Milli Məclisin deputatlarını və operator Akifi ifşa etdi -  VİDEO
Siyasət
00:20 19.04.2014
3867

ANS Televiziyası Milli Məclisin bugünkü sessiyası haqda ifşaedici süjet hazırlayıb.AZXEBER.COM xəbər verir ki, süjetdə deputatların bir-birlərinin yerinə səsverməsinə yer ayrılıb. Həmin yazını və süeti təqdim edirik:Bu vaxt isə zalın içərisində həmin deputatların yerinə Milli Məclisin operatoru Akif səs verirdi

Milli Məclisin bu günkü iclasında cari məsələlərin müzakirəsi zamanı deputat İqbal Ağazadə bir sıra maraqlı təkliflərlə çıxış edib. Məhkəmə sisteminin qüsurları olduğuna diqqət çəkən millət vəkilinə YAP-çı deputat Siyavuş Novruzovun ona cavabı isə xüsusi ilə maraqlı olub. Amma bu dəfə Səyavuş Novruzov molotov kokteyli ilə kotleti səhv salıb.

Milli Məclisin bu günkü iclasının gündəliyi yenə də sıx idi. Deputatlar həm Hesablama Palatasının hesabatını müzakirə etməli, həm də gündəlikdə duran 7 qanun layihəsinə düzəlişlərə baxmalıydılar. Əlbəttə ki, cari məsələlər də öz yerində. İqbal Ağazadənin məhkəmə sisteminin yarıtmaz fəaliyyətinə yönələn çıxışı da məhz cari məsələlər fonunda səsləndi. Deputat bu gün Azərbaycanda gənc insanlara, hansı ki, nə adam öldürüblər, nə oğurluq ediblər, sadəcə siyasi baxışlarına görə 7-8 il iş kəsilməsini "dəhşət" adlandırdı və Milil Məclisin Amnistiya haqqında qanun hazırlamasının vacibliyinə toxundu.
Deputat Siyavuş Novruzov isə görünür İqbal Ağazadənin cavabını verməyə tələsdiyindəndir ki, dili dolaşdı.
Siyavuş Novruzovun kokteyllə kotleti qarışdırması ancaq jurnalistlərin dodağını qaçırtdı. Çünki bu çıxış zamanı deputatların əksəriyyəti deyəsən elə kotlet dalınca qaçmışdılar. Parlamentin yeməkxanasından gələn qoxu ən azı məndə bu təəssüratı yaratdı. Zalda olanların başı isə söhbətə qarışmışdı. Ona görə də, yenə səsvermə zamanı yetərsayı yetərli etmək üçün yetərincə cəhdlər oldu. Türklər demişkən, ən çox çaba göstərən də Milil Məclisin operatoru Akif idi. Onun fədakarlığı sayəsində gör neçə deputat kotleti arın-arxayınlıqla həzmi rabedən keçirdi.
Akifin öz işindən məmnun qaldığı göz qabağındaydı. Elə parlamentin fəailyyəti də. Ona görə də daha başınızı ağrıtmaq istəmirəm. Amma ürəyimdən keçən bir təklifi mütləq səsləndirmək istəyirəm. Milli Məclisdə boş qalan üç deputat yerindən birinə Akif namizədliyini versin. Ondan əla deputat çıxar. Ən azı başqalarından fərqli olaraq yerində oturub düyməni basa bilər ki.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
19:50 27.08.2025
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı