Ansu Fati "Barselona"nın ABŞ-də keçirəcəyi təlim-məşq toplanışında iştirak etməyəcək

Ansu Fati "Barselona"nın ABŞ-də keçirəcəyi təlim-məşq toplanışında iştirak etməyəcək
İDMAN
19:46 24.07.2024
204
İspaniyanın "Barselona" klubunun vingeri Ansu Fati ABŞ-də mövsümöncəsi keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

21 yaşlı futbolçu məşq zamanı ayağından zədə alıb.

O, klubun bazasında müalicə olunacaq.

Qeyd edək ki, ötən mövsümün böyük hissəsini icarə əsasında İngiltərənin "Brayton" klubunda keçirən A.Fati Premyer Liqada meydana çıxdığı 19 matçda 2 qolla yadda qalıb.
OXŞAR XƏBƏRLƏR