Türkiyədə azərbaycanlı turist ürək tutmasından həyatını itirib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 16-da səhər saatlarında Antalyanın Alaniya rayonunda Keykubat çimərliyi ətrafındakı kafenin önündə bir kişi cəsədi aşkarlanıb.
Araşdırma zamanı ölən şəxsin Azərbaycan vətəndaşı, 50 yaşlı Arif Orucov olduğu müəyyənləşib. Onun ürəktutmasından həyatını itirdiyi ehtimal edilir. Fakt Türkiyə polisi tərəfindən araşdırılır.