Türkiyənin Antalya şəhərində yaşayan 34 yaşlı Azərbaycan vətəndaşı Saleh Abdullayev vəfat edib.
AZXEBER.COM bildirir ki, bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Məlumata əsasən, S.Abdullayevin meyiti yaşadığı mənzilin hamamında tapılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.