Antalyada gecə saatlarında naməlum səbəbdən yanan qayığın sahibi ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, buxtada olan Ali Aslana məxsus qayıq gecə saatlarında naməlum səbəbdən yanıb.
Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Yanğınsöndürənlərin və vətəndaşların səyi nəticəsində alov söndürülüb.
Qayığı araşdıran polis qrupları yanmış bir cəsəd tapıb. Prokuror və hadisə yeri qruplarının işindən sonra cəsədin Ali Aslana aid olduğu müəyyənləşdirib.
Müayinələr tamamlandıqdan sonra meyit yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatı meyitxanasına göndərilib. Buradakı prosedurlardan sonra Aslanın meyiti yaxınlarına təhvil verilib.
Aslanın anası "Oğlum, sən necə gedə bilərsən?” deyə ağlayaraq cənazə maşınından ayrılmayıb.
Nəzrin