Antalyada gəmi batdı: 9 nəfər axtarılır

Antalyada gəmi batdı: 9 nəfər axtarılır
DÜNYA
12:03 05.04.2023
180
Antalyanın Kumluca rayonu sahillərində xarici bayraqlı ticarət gəmisi batıb. 

AZXEBER.COM xəbər verir ki, təyyarədə olan 5 nəfər xilas edilib, itkin düşən 9 nəfərin axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Sahil Mühafizəsi Komandanlığından verilən açıqlamada aşağıdakı məlumatlar verilib:

"5 aprel 2023-cü il tarixində saat 03:47-də Antalya vilayətinin Kumluca rayonu sahillərində Qvineya-Bisau bayraqlı ticarət gəmisinin batmaq üzrə olduğu barədə məlumat daxil olduqdan sonra bölgədəki bütün gəmilərə ümumi təcili yardım çağırışı edilib. İskəndərundan İzmail/Ukraynaya 1 Sahil Mühafizəsi Korveti, 7 Sahil Mühafizə Botu, 2 Sahil Mühafizə Helikopteri və 1 Sahil Mühafizə Təyyarəsi dərhal göndərilib. Bölgəyə göndərilən Sahil Mühafizə Helikopteri tərəfindən dəniz səthində təsbit edilən 2 nəfərin xilas edilərək Finikedə təcili tibbi yardım qrupuna təslim edildiyi, 3 nəfərin isə bölgədə seyr edən ticarət gəmisi tərəfindən xilas edildiyi öyrənilib”

Təyyarədə Suriya əsilli ümumilikdə 14 ekipaj üzvünün olduğu müəyyən edildikdən sonra itkin düşən 9 ekipaj üzvünün tapılması üçün başladılan axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə bağlı Kumluca Respublika Prokurorluğu tərəfindən araşdırma başlanıb. 

Ayşən
OXŞAR XƏBƏRLƏR