Türkiyənin kurort bölgəsi Antalyada yenidən meşə yanğınları başlayıb.
Bu dəfə yanğına əraziyə düşən ildırım səbəb olub.
Hazırda Manavqat rayonundakı yanğının lokallaşdırılması üçün 2 helikopter, eləcə də çox sayda texnika ilə qurudan və havadan müdaxilə davam edir.
Qeyd edək ki, gün ərzində Manavqatda güclü yağışlar yağıb.