Antalyada turistləri daşıyan avtobus aşdı, 15 nəfər xəsarət aldı

Antalyada turistləri daşıyan avtobus aşdı, 15 nəfər xəsarət aldı
12:37 03.08.2011
1620
"Doğan" agentliyi xəbər verir ki, avtobus Rusiya, İran, İsrail və Böyük Britaniyadan olan 25 turisti raftinq mərkəzə aparırmış. İlkin məlumatlara görə, avtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirərək su arxına düşüb.

Yol nəqliyyat hadisəsi yerinə təcili yardım maşınları göndərilib. Xəsarət alanların səkkizi Side şəhərciyinin "Anadolu" özəl xəstəxanasına, yeddisi Serikdəki "Aspendos" klinikasına göndərilib. Qəzada yaralananlardan birinin vəziyyətini həkimlər ağır qiymətləndirirlər.

Xəsarət alanların milli mənsubiyyəti barədə məlumat hələ ki yoxdur.

Rusiyanın Antalyadakı Baş Konsulluğunda yol qəzası və Rusiya vətəndaşları arasında xəsarət alanların olub-olmaması ilə bağlı məlumatı yoxlayırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/* */
OXŞAR XƏBƏRLƏR