“Antalyaspor”da çıxış edən iki israilli futbolçu oyuna çıxmayacaq

İDMAN
11:38 21.10.2023
198
"Antalyaspor”da çıxış edən iki israilli futbolçu "Qaziantepspor” matçında oynamayacaq.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Antalyaspor”da çıxış edən israilli futbolçular Rəmzi Safuri və Saqiv Jehezkel "Qaziantep FK” ilə matçda oynamayacaqlarını açıqlayıb.

Rəmzi Safuri və Saqiv Jehezkel oyuna çıxmamaq haqda aldıqları qərarı belə izah edib:

 "Ölkədən gələn pis xəbər futbol oynamağı bizim üçün demək olar ki, qeyri-mümkün vəziyyətə gətirdi. Komanda qərarımıza hörmət edir və bizə tam dəstəyini verir. Bunun üçün sizə təşəkkür edirik" .

Qeyd edək ki, Türkiyə Super Liqasının 9-cu həftəsində "Antalyaspor" şənbə günü saat 16.00-da Qaziantep FK-nın qonağı olacaq.
 
Günel
OXŞAR XƏBƏRLƏR