Çantaya qoyulan 6 günlük körpə küçəyə atıldı - VİDEO

Çantaya qoyulan 6 günlük körpə küçəyə atıldı - VİDEO
09:46 14.03.2013
1369
Doğum evlərində yeni dünyaya gələn körpələrin bələyinə və qoluna adətən anasının adı yazılır. Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evindəki bu körpənin bələyinin üzərində isə tapılmış uşaq sözləri yazılıb. Çünki o bu gün günorta saatlarında Bərdə MRX-nın mühafizə xidmətinin əməkdaşları tərəfindən xəstəxananın qəbul şöbəsində pilləkənin altından tapılıb. Dərhal bu barədə polisə məlumat verilib.Hadisə yerinə gələn polislər araşdırma apardıqdan sonra körpəni Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evinə təhvil verib körpəni müayinə edən həkimlər onun tam sağlam olduğunu bildirir.Bərdə Doğum Evinin baş həkimi, Rəhilə Məhərrəmova bildirdi ki, uşaq tam sağlamdır: “Boyu 51 sm, çəkisi 3.1 kq. 6 günlük uşaqdır. Göbək ciyəsi düşməyib”.Hələlik körpə Bərdə rayon mərkəzi xəstəxanasının himayəsindədir. Müvafiq sənədləşmələr tamamlandıqdan sonra isə aidiyyatı qürumlara təhvil veriləcək. 13 uşaq bezi və 1 şüşə südlə 6 günlük körpəni bazar çantasına qoyan şəxs və ya şəxslər isə polis tərəfindən müəyyən edildiyi təqdirdə, araşdırmanın nəticəsindən asılı olaraq onlar barəsində cinayət işi açıla bilər.
OXŞAR XƏBƏRLƏR