“Anti-terror əməliyyatı ilə erməni tör-töküntüləri torpaqlarımızdan təmizlənməlidir” – Deputat

SİYASƏT
11:12 06.03.2023
2356
"Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar niyyəti hələ də özünü göstərməkdədir. Eyni zamanda, Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiyanın sülhməramlı qüvvələrinin də məsuliyyəti zonasında olan yerlərdə bu cür təxribatlar davam edir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, artıq separatçılara qarşı konkret və qəti addımlar atılmalıdır:

"Bu təxribat nəticəsində 2 övladımız şəhid oldu. Allah onlara rəhmət eləsin, yerləri cənnət olsun. Şəhidlərin ailələrinə, yaxınlarına və bütün xalqımıza başsağlığı verirəm. Bu hadisə artıq xalqımızın səbr kasasını doldurdu. Dəfələrlə ölkə Prezidenti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi səviyyəsində verilən bəyanatlara, açıqlamalara baxmayaraq, hələ də ermənilərin bu cür vandallığı davam edir. Ona görə də, artıq konkret, qəti addımlar atılmalıdır. Düşünürəm ki, Rusiyanın sülhməramlı qüvvələri, necə ki, bu, Xarici İşlər Nazirliyinin bəyanatında özünü ifadə edib, Ermənistanın silahlı qüvvələrinin tör-töküntülərini dərhal, qeyd-şərtsiz, müzakirə aparılmadan oradan çıxarılmasını təmin etməlidir”. 

Deputat, həmçinin qeyd edib ki, anti-terror əməliyyatı ilə erməni separatçıları və işğalçıları torpaqlarımızdan təmizlənməlidir:

"Digər tərəfdən, Azərbaycanın Laçın şəhəri ilə Ermənistanın sərhədində nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır. Orada həm Gömrük Komitəsinin əməkdaşları, həm Sərhəd Qoşunlarının əsgərləri tərəfindən sərhədimizi keçməyə cəhd edən istənilən şəxslər, avtomobillər yoxlamadan keçirildikdən sonra buraxılmalıdır. Əgər bunlar olmazsa, o zaman, düşünürəm ki, artıq sosial şəbəkələrdə də, telekanallarda da dünəndən bu günə qədər ən müxtəlif səviyyədə aparılan müzakirələr də bunu önə çəkir ki, Azərbaycanın qəhrəman Silahlı Qüvvələri hərəkətə keçməli və anti-terror əməliyyatı ilə erməni separatçılarını və işğalçılarını torpaqlarımızdan təmizləməlidir”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir