“Antimilli ünsürlərin hakimiyyəti dövründə xalqın gələcəyi ilə bağlı heç bir proqram yox idi”

“Antimilli ünsürlərin hakimiyyəti dövründə xalqın gələcəyi ilə bağlı heç bir proqram yox idi”
SİYASƏT
13:13 31.03.2023
2797
"44 günlük Vətən müharibəsi və bu savaşda qazandığımız şanlı qələbə bizi daha da böyütdü. Bu, bizim dünyada son zamanlar donmuş münaqişənin həll edən bir dövlət, xalq olaraq həm populyarlığımızı artırdı, həm inkişafımızı göstərdi və təbii ki, burada Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin yürütdüyü çox müdrik, düşünülmüş həm daxili, həm də daxili siyasət əsas fakt sayılmalıdır”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, biz artıq işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa, quruculuq işləri görürük:

"O cümlədən, bizim azad olunmuş ərazilər içərisində ən səfalı, ən gözəl və strateji olaraq ən vacib rayonlardan biri də Laçın rayonudur. Cənab Prezident 2021-ci il sentyabrın 21-də Laçın şəhərində ölkəmizin bayrağını ucaltdı. Bu günlərdə də Laçınla bağlı çox vacib və önəmli fikirlər söylədi. Qeyd olunmalıdır ki, Laçın əvvəlki dövrdə - antimilli və sərişdəsiz, dağıdıcı ünsürlərin hakimiyyəti dövründə işğal olundu və işğal altında olan zaman hələ ən qaynar fazada Bakıda vəzifələrin bölüşdürülməsi uğrunda mübarizə gedirdi və ümumiyyətlə, xalqın, dövlətin gələcəyi ilə bağlı heç bir konsepsiya proqramının olmaması bizi çox böyük bəlalara düçar etdi”. 

Vüqar İskəndərov deyib ki, Ümumilli Liderimizin hakimiyyətə gəlməsi ilə ölkədə stabillik yarandı, əsrin müqaviləsi imzalanmaqla və düzgün iqtisadi proqramla ölkəmizdə həm də iqtisadi irəliləyişlər baş tutdu:

"Ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yeni çağırışlara cavab verən, dayanıqlı daxili və xarici siyasətlə dünya çapında artıq tanınmış bir ölkəyə çevrilib. Biz hazırda öz gücümüzün, iqtisadi potensialımızın, insan resurslarımızın saysəində bu gün həmin bölgələrimizdə çox qlobal layihələr həyata keçiririk. Laçın da, bəlkə də tamamilə bərpadan və yenidən qurulandan sonra hətta bölgənin ən gözəl şəhərlərindən birində çevriləcək. Düşünürəm ki, artıq bununla bağlı konkret proqram var. Laçında hava limanının da inşa edilib istismara verilməsindən sonra onun hərtərəfli potensialı üzə çıxacaq. Laçın elə bir coğrafi ərazidə yerləşir ki, çox vacib strateji əhəmiyyət daşıyır və öz keçmiş şöhrətini yenidən özünə qaytararaq daha da yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.

"Təbii ki, laçınlılar öz doğma rayonlarına, kəndlərinə qayıdaraq orada layiqli, firavan həyat sürəcəklər. Bunun üçün ölkə başçısının konkret proqramları mövcuddur və müvafiq dövlət qurumlar, özəl şirkətlər hər biri Laçın və digər işğaldan azad olunmuş şəhər və rayonlarda, kəndlərdə böyük bərpa və quruculuq işləri işə məşğuldurlar. Eyni zamanda digər dost dövlətlərin də şirkətləri burada çalışır. Hər biri bizim bölgələrimizi dünyanın ən müasir və  eyni zamanda klassik görkəmini saxlamaqla infrastrukturlar layihələri icra edir”, - deyə deputat əlavə edib.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR