İqtidar və müxalifət arasında “rep müharibəsi” qızışır. Sosial şəbəkələrdə Zevs ləqəbli reperin “Antimüxalifət” adlı repi müxalifət düşərgəsindən olan gənclər tərəfindən böyük etirazla qarşılanıb. Onlar bir müddət əvvəl hakimiyyət əleyhinə sosial şəbəkələrdə yaydıqları repə bu cür sərt cavab alacaqlarını gözləmədiklərini bildiriblər.
Azxeber.com “Antimüxalifət” repinin kimin təşəbbüsü ilə yazıldığı barədə araşdırma aparıb. Məlum olub ki, bu rep “İRƏLİ” İB-nin təşəbbüsü ilə yazılıb. Adının açıqlanmasını istəməyən “İRƏLİ” üzvü deyib ki, bu, hələ başlanğıcdır, qarşıda daha səs-küylü replər olacaq.