Antiterror əməliyyatı şəraitində informasiya yayını: Nəyi necə etmək lazımdır?

Antiterror əməliyyatı şəraitində informasiya yayını: Nəyi necə etmək lazımdır?
SİYASƏT
16:08 19.09.2023
260
Hər zamankından daha diqqətli və ayıq olmalıyıq. Hazırda Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar olaraq düşmən maksimum dərəcədə bilgi çirkliliyi yaratmağa, müxtəlif məzmunlu dezinformasiyalar vasitəsilə informasiya məkanımıza müdaxilə etməyə çalışacaq. Bu mənada hər birimizin üzərinə məsuliyyər düşür.

O zaman vətəndaş olaraq nələrə diqqət etməli, nə etməliyik?

1. Yalnız rəsmi xəbər qaynaqlarının paylaşdığı informasiyalara etimad etməliyik. Yəni Müdafiə Nazirliyinin yaydığı məlumatları izləməli, paylaşmalıyıq.
2. Sosial mediada qaynağı göstərilməyən, dezinformasiya və ya manipulaytiv xarakterli kontent paylaşan səhifələri şikayət etməliyik. Umutmayın: düşmən xüsusi xidmət orqanlarında bizim ana dilimzdə sərbəst yazan və danışan xüsusi qruplar var. Onların hədəfi çaşqınlıq, inamsızlıq və panika yaratmaq, bizi şübhəyə salmaqdır. Bu qruplar ana dilimzdə müxtəlif məzmunlu səhifə və profillər yaradıblar.

3. Heç bir halda ordumuzla bağlı video və foto görsəllər paylaşılmamalıdır! Istənilən görsəl kontent vasitəsilə müxtəlif proqramlardan istifadə etməklə lokasoyaları müəyyənləşdirmək, hansı sayda canlı qüvvə və hərbi texnikanın hansı istiqamətdə yerdəyişmə etdiyini bilmək mümkündür. Bunu etməklə siz düşmən kəşfiyyatına ordumuzla bağlı dövlət sirri olan məlumatları təqdim etmiş olursunuz. Bu isə Vətənə xəyanətdir!!!

4. Sosial media alətlərində sizi dialoqa çəkməyə çalışan şübhəli profillərlə kontakta girməyin! Adətən belə həssas vaxtlarda düşmən xüsusi xidmət orqanları fake profillər vasitəsilə qarşı tərəflə əlaqə qurmaqla ondan daxildəki əhval-ruhiyyə və baş verənlərlə bağlı ümumi bilgilər almağa, hətta imkan tapan kimi əməkdaşlığa cəlb etməyə çalışırlar. Bu zaman dəyərlər və qırmızı cizgilərlə manipulyasiya etməkdən də çəkinmirlər. Diqqətli olmalıyıq.
5. Düşmən tərəfinin və ona dəstək verən bəzi ölkələrin xüsusi xidmət orqanları vasitəsilə örtük məqsədilə yaradılmış, əsas hədəfi media məkanımıza dezinformasiyalar sızdırmaq olan şübhəli sayt və informasiya resurslarına inanmamalı, belə resurslarla rastlaşdığımız zaman müvafiq dovlət instansiyalarına – DTX və Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi – məlumat verməliyik!

Və ən əsası da yaşından, status və peşəsindən asılı olmayaraq unutmamalıyıq: Bizim hər birimiz dövlətimiz və xalqımız qarşısında məsuliyyət daşıyırıq!
Qadir Mövlam ordumuzu qorusun!
Haqq bizik, Haqq bizdədir, HAQQ bizimlədir!
Qarabağ Azərbaycandır!!!

Vüqar Zifəroğlu
Azərbaycan Mətbuat Şurası sədrinin müavini
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək