Antiterror tədbirləri zamanı şəhid olan əsgər Cәsarәt Ziyadovun nəşi Biləsuvara gətirilib

Antiterror tədbirləri zamanı şəhid olan əsgər Cәsarәt Ziyadovun nəşi Biləsuvara gətirilib
SOSİAL
11:51 29.09.2023
155
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan əsgər Ziyadov Cәsarәt Zaur oğlunun nəşi Biləsuvar rayonuna gətirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, onunla doğulduğu Xırmandalı kəndindəki evində vida mərasimi keçirilir.

Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdən sonra o, kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid C.Ziyadov 2004-cü ildə Biləsuvarın Xırmandalı kəndində anadan olub və 9 ayın əsgəri idi.
OXŞAR XƏBƏRLƏR