Anton Şerbakov: “Orxan Zeynalova görə bütün azərbaycanlıların üstündən xətt çəkmək olmaz”- MÜSAHİBƏ

Anton Şerbakov: “Orxan Zeynalova görə bütün azərbaycanlıların üstündən xətt çəkmək olmaz”- MÜSAHİBƏ
Siyasət
16:26 23.10.2013
2032

Anton Şerbakov: “Orxan Zeynalova görə bütün azərbaycanlıların üstündən xətt çəkmək olmaz”

Rusiya paytaxtında Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən qətlə yetirildiyi iddia olunan 25 yaşlı Yeqor Şerbakovun qardaşı Anton Şerbakovun APA-nın Moskva müxbirinə müsahibəsi

 - Qardaşınızın qətlə yetirilməsindən sonra Moskvada baş verən olaylar barədə nə deyə bilərsiniz? Bu qətldə azərbaycanlı Orxan Zeynalov təqsirləndirildiyi üçün Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər başlayıb.

 - Bu hadisələrdən sonra azərbaycanlılara qarşı təzyiqlərin olduğunu görməmişəm. Əgər polis miqrantları yoxlayırsa, bu, onların işidir. Kim qanunu pozursa, məsuliyyətə cəlb olunmalıdır. Bəli, baş verən hadisələrin təsiri var. Amma deməzdim ki, bu, qardaşımın qatilinin azərbaycanlı olması ilə əlaqədardır. Qardaşımın qətlindən sonra Biryulevoda xalqın ayağa qalxmasını mən dəstəkləyirdim. Xalq dinc etiraza ona görə qalxmışdı ki, ədalət bərpa olunsun, qardaşımın qatili tapılsın. Başqa məqsəd yox idi. Onlar tələb edirdilər ki, qardaşımı qətlə yetirən şəxs tezliklə cinayət məsuliyyətinə cəlb olunsun. Etiraza qalxan xalqın bir də tələbi ondan ibarət idi ki, yaxınlıqda yerləşən meyvə-tərəvəz bazası bağlansın. Çünki bizim rayonun sakinləri bu meyvə-tərəvəz bazasını özləri üçün təhlükə hesab edirdilər. Lakin aksiya zamanı hansısa təxribatçılar bundan istifadə etdilər və iğtişaşlar törətməyə başladılar.   

 - İndiyə kimi qardaşınızın hər hansı azərbaycanlı ilə problemi olubmu?

 - Heç vaxt belə bir hal baş verməyib. Yeqorun dostları arasında bir çox millətlərin nümayəndəsi olub. Hər zaman onlarla yaxın olub, bir masa arxasında oturub-yeyib içiblər. Bir dəfə də olsun, aralarında nəsə söz-söhbət olmayıb.

 - Qardaşınızın və sizin dostlarınız arasında azərbaycanlılar olubmu, əgər olubsa, onlarla münasibətləriniz davam edirmi?

 - Bəli, Yeqorun da, mənim də dostlarım arasında azərbaycanlılar var. Münasibətlərimiz bu gün də davam edir. Həmin azərbaycanlıların heç bir xuliqan hərəkətini görməmişəm. Bizim dostlarımız arasında nəinki Azərbaycandan, bütün Qafqazdan insanlar olub. Onlarla yaxşı münasibətlər qurmuşuq, həmin münasibət bu gün də davam edir. Onların bu hadisədə heç bir günahı yoxdur. Hər millətin içində murdar insanlar olur. Bundan yaxa qurtarmaq mümkün deyil. Hətta bir ailənin içində də bəzən belə murdar adama rast gəlirsən. Hansısa cinayətkara görə bütün milləti qaralamaq düzgün deyil. Rusların içində də cinayətkar, murdar insanlar var. Bizim yeganə tələbimiz Orxan Zeynalovun cəzalandırılmasıdır. Biz bircə onun hərəkətindən narazıyıq, başqa iddiamız yoxdur. Orxan Zeynalova görə bütün azərbaycanlıların üstündən xətt çəkmək düzgün deyil. Biz buna qarşıyıq. Orxanın ailəsinə qarşı da bir iddiamız yoxdur. Orxan Zeynalovun valideynləri onun törətdiyi əmələ görə günahkar deyil. Onlar Orxanı öyrətməyiblər ki, bu cinayəti törətsin. Hesab edirəm ki, Orxan Zeynalovun valideynləri də bizim kimi bu hadisədən təəssüflənirlər. O ki qaldı Orxan Zeynalova, ona demək istəyirəm ki, kişi elədiyini boynuna alar. O, əvvəl cinayəti törətdiyini boynuna alıb, sonra isə hadisə yerində olmadığını, qardaşımı öldürmədiyini söyləyib.

 - Qətldən sonra Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən sizə hər hansı yardım edilibmi?

 - Xeyr, heç bir yardım edilməyib. Azərbaycan diasporundan bu hadisədən sonra bizimlə maraqlanan olmayıb. 

- Qardaşınızı qətlə yetirənin azərbaycanlı və ya digər millətdən olması Rusiyada millətçilərin iğtişaşlar törətməsinə səbəb ola bilərmi, yoxsa bütün bunlar millətçilər üçün bəhanədir?

 - Biryulevo rayonuna yığışanlar, orada dinc aksiya keçirmək istəyənlər qardaşım Yeqorun dostları və tanışları olub. Kimlərsə kənar rayonlardan gələrək həmin yerdə təxribat törədiblər. İğtişaş törətmək istəyənlər üçün bu, bəhanədir.   

 - Millətçilər noyabrın 4-də “Rus marşı” keçirməyi planlaşdırırlar. Siz bu haqda nə fikirləşirsiniz?

 - Hər kəsin öz ideyası var. “Rus marşı” keçirənlərin də öz ideyası var. Fikrimcə, onlar qardaşım Yeqor Şerbakovun qətlə yetirilməsindən istifadə edərək meydanlara çıxacaqlar. Bu, birinci belə hadisə deyil, bundan qabaq “Spartak”ın azarkeşi Yeqor Sviridovun qətlə yetirilməsindən sonra da belə etmişdilər. Mən və ailəm bu hadisədən dərin hüzn hissi keçiririk. Qardaşım Yeqorun qətlinin iğtişaşlara səbəb olmasını ailəm böyük narahatlıqla qarşılayır. Biz istəmirik ki, iğtişaşlar baş versin, çünki bütün bunlara görə günahsız insanlar əziyyət çəkirlər. Hətta mitinqlərdə polis də bundan əziyyət çəkir, onlar arasında yaralananlar olur. Mən və ailəm bunların baş verməsinin əleyhinəyik.  

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb