Müğənni Aynur Dadaşovanın evində toy olacaq.
AZXEBER.COM xəbər verir ki, bu haqda o, özü məlumat verib.
"İncə səhər" verilişində qonaq olan sənətçi, mərhum bacısının qızını ərə verməyə hazırlaşdığını deyib:
"Allah hamının evində xoş günlər nəsib etsin. Mənin ən böyük sevincim balalarımı xoşbəxt görməkdir. Onlar nə qədər xoşbəxt olsalar, mən bir o qədər sevinəcəyəm. Təzə qoumlarıma da quda yox, bacı deyirəm".
Xatırladaq ki, müğənninin bacısı bir neçə il öncə ağır xəstəlikdən dünyasını dəyişib.
Aysel









































