AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir

AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir
DÜNYA
08:33 12.10.2026
119
ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio qeyri-münasib davranışı ilə bağlı yayılan məlumatlara görə amerikalı diplomat Kimberli Gilfoylun Yunanıstandakı səfir vəzifəsindən kənarlaşdırılması imkanını nəzərdən keçirirlər.

Bu barədə "Associated Press" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, diplomatın davranışı ilə bağlı yayılan məlumatlar Tramp və Rubioda ciddi narazılıq doğurub.

Gilfoylun gələcək fəaliyyəti ilə bağlı qərarın ABŞ-də oktyabrın 12-də qeyd olunan Kolumb Günü bayramından sonrakı bir həftə ərzində veriləcəyi gözlənilir.
 
///report///

OXŞAR XƏBƏRLƏR