Aparıcı Çiçəyin eks nişanlısı Tunar evlənir - Görün kiminlə...

Aparıcı Çiçəyin eks nişanlısı Tunar evlənir - Görün kiminlə...
SOSİAL
12:07 09.01.2017
32246
Azəri qızı Günelin (Günel Zeynalova) qardaşı, müğənni Tunar Rəhmanoğlu ailə həyatı qurur.

AZXEBER.COM xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, ailəsi sənətçi üçün bir neçə həftə bundan əvvəl elçi gedib.

Sənətçi bir ildir ki, sevgili olduğu şəxslə münasibətlərini rəsmilləşdirmək niyyətindədir. Toyun mart ayında baş tutacağı bildirilib.

Tunarın ailə quracağı xanım isə özəl məktəblərin birində ibtidai sinif müəlliməsidir.

Qeyd edək ki, T. Rəhmanoğlu bir neçə il bundan əvvəl aparıcı Şəhla Vakkasla nişanlı olub və ayrılıb.
OXŞAR XƏBƏRLƏR