ANS telekanalında "Gözüm yolda" layihəsi dayandırıldıqdan sonra aparıcı öz istəyi ilə kanalı tərk edib. Bu barədə aparıcı özü açıqlama verib. Qeyd edək ki, aparıcı hansı kanalda və nə səpkidə verliş aparacağını gizli saxlasa da, bizə etibarlı mənbədən daxil olan informasiyaya görə, Ülvira Qarayeva artıq "Space" telekanalında işə başlayıb. Sosial müzakirələri ilə yenidən qarşınıza gələn sevimli aparıcını bu dəfə fərqli kanalda görəcəksiniz. Aparıcı özü də əməkdaşımızla söhbəti zamanı "Space" telekanalında işə başlamasını inkar etməyib.

