Amerikadan Azərbaycana dönən müğənni Leyla Rəhimova "Atv” telekanalında "Rəngarəng səhər” verilişində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, o, imicindəki dəyişiklik ilə diqqət çəkib.Müğənni saçlarını tünd qəhvəyi rəngə boyadıb.
Leyla aparıcının "Xoşbəxt olmayan qadınlar həyatını dəyişməyə ilk olaraq saçlarından başlayır. Bəs siz xoşbəxtsinizmi?” sualı qarşısında nə deyəcəyini bilməyib.
"Bəlkə mahnı oxuyaq? Xoşbəxtəm bəli, ən azından övladlarım var” deyərək əlavə sualın verilməsinə mane olub.
Xatırladaq ki, Leyla Rəhimova 2016-cı ildə Zaur adlı bəylə ailə qurub. Cütlüyün 3 övladı var. Amerikada yaşayan müğənni Bakıya qayıdıb və hal hazırda boşanmaq üçün məhkəməyə müraciət edib.
Aysel