Aparıcıların bu hərəkəti İlhaməni əsəbiləşdirib

Aparıcıların bu hərəkəti İlhaməni əsəbiləşdirib
MAQAZİN
18:18 04.03.2026
285
Müğənni İlhamə Qasımova verilişlərə gec-gec getməsinin səbəbini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi "Günə bax" proqramında aparıcıların təqdimatını sevmədiyini bildirib. O qeyd edib ki, aparıcılar sənəti olmayanları daha təmtəraqlı təqdim edirlər:

"Verilişə getmişəm xətrimə dəyib. Başlamışam 1 il, il yarım getməyim. Ona görə də verilişlərə gec çıxıram. Müsabiqədən çıxanda yeganə iştirakçı idim ki, çörək verən əli və haradan gəldiyimi unutmadım. Kimsə kənddən gəlirdi, danırdı. Mən isə deyirdim kənddən gəlmişəm, bundan utanmıram. Mənim Avropada, Amerikada nailiyyətlərim olub.

20 ildir verilişə çağırıb deyirlər "Yeni ulduz". Görəsən mənim belim əyilib, ağ saçlarım olanda da "Yenu ulduz" deyəcəklər? Səhnəyə 3-4 il gəlmiş, sosial şəbəkədə inkişaf etmişi qoyurlar sənin yanına, tərifləyirlər. Tərifi sevmirəm. Amma mənim nailiyyətlərim var. Deyirəm adımı, soyadımı deyin. 22-ci ildir ki, çalışıram. Səhnəyə əziyyətlə gələni sosial şəbəkə ilə məşhurlaşanla bir tuturlar. Əgər özümü orada yaxşı hiss etməyəcəyəmsə, niyə gedim?".

OXŞAR XƏBƏRLƏR