İtaliyada TV proqramlarının birində yaşananlar, görənləri şoka salıb.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Susanna Petrone adlı qadın aparıcı futbol proqramını şərh edən zaman, canlı yayımda huşunu itirərək yıxılıb. Bir müddət yayıma ara verilib. Digər aparıcı Mino Taveri yayım təkrar başladığında "Budur, yenidən buradayıq. Elə bir şey yoxdur. Susanna yalnız kiçik bir problem yaşadı. Televiziyada belə şeylər olar" deyə vəziyyəti idarə etməyə çalışıb.
Daha sonra özünə gələn Petrone, heç bir şey olmamış kimi yayıma davam edib və tamaşaçılardan üzr istəyib. Petrone "Təzyiqim düşdü. Anam və atam həyəcanlanmasınlar. İndi çox yaxşıyam" deyib.
Ozal İbrahimli