Xəbər verdiyimiz kimi, aparıcı Aytəkin Mərdanovanın oğlu Macarıstanın Korvinus Universitetinin "Data science in business" fakültəsinə daxil olub.
AZXEBER.COM xəbər verir ki, bu gün ailəyə gözlənilməz xəbər verilib.
Bildirilib ki, onun oğlu ADA Universitetinə qəbul olub.
Həmin mesajı paylaşan aparıcı sözügedən universitetin təklifini rədd etdiklərini bildirib:
"Bu gün oğlum Fərid üçün ADA-dan da qəbul cavabı gəldi. Amma biz artıq seçimimizi etmişik. Tezliklə Macarıstanın Korvinus Universitetində dərslər başlayır. Fərid böyük həvəslə orada tələbəlik həyatına hazırlaşır. Oğlum da daxil bütün tələbələrə uğurlar arzulayıram".
Xatırladaq ki, aparıcı Aytəkin Mərdanova oğlu Fəridin ADA Universitetinə (Azərbaycan Diplomatik Akademiyası) imtahan verdiyini, amma balların saxtalaşdırıldığı üçün qəbul olmadığını bildirmişdi.
Aysel