“Aparılan sürətli bərpa-quruculuq işləri də Azərbaycanın gücünün göstəricisidir”

“Aparılan sürətli bərpa-quruculuq işləri də Azərbaycanın gücünün göstəricisidir”
SOSİAL
14:18 14.11.2022
305
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində öz gücünü bir daha sübuta yetirdi. Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələri təkbaşına icra edərək erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi".

Bunu AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
 

 

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət, qurulan düzgün iqtisadiyyat və güclü ordu Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amil oldu.
 
"Mədəni diplomatiyanın inkişaf etdirilməsində, Azərbaycanın beynəlxalq arenada mədəni imicinin yüksəldilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti tarixi zəfərə aparan əsas məqamlardan biri oldu. 

"Dəmir yumruq” əməliyyatı ilə rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Zəfər müasir dövlətimizin hərbi qüdrətinin və xalqımızın qələbə əzminin əyani təsdiqidir.

"Noyabr ayının 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər Xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı", - deyə S.Mikayılova əlavə edib.

Deputat onu da bildirib ki, bu gün Azərbaycan xalqı, ölkə ictimaiyyəti Zəfər gününü böyük qürurla qeyd edir. 

"Bu gün Azərbaycan bayrağı azad olunmuş ərazilərimizdə qürurla dalğalanır. Artıq bir sıra vətəndaşlarımız bu günü öz doğma yurdlarında, öz evlərində qeyd edirlər. Azərbaycanlılar 30 il həsrətini çəkdikləri torpaqlara qovuşublar və cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bu torpaqlarda əbədi yaşayacağıq. Aparılan sürətli bərpa-quruculuq işləri də Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Bu gün şəhid ailələri, qazilər ölkə rəhbərliyinin diqqət və qayğısı ilə tam əhatə olunub. 

Qürurlu və güclü xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün əbədiliyi uğrunda mübarizliyini əzmlə davam etdirəcək", - deputat vurğulayıb.

 
"İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır. Tarixdə hər bir qələbənin öz müəllifi olur. Bizim qələbəmizin müəllifi isə yaratdığı güclü ordusu ilə müzəffər Ali Baş komandanımız, şəhidlərimiz, qazilərimizdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 


"Güc, milli güc kimi müxtəlif vasitələr lider olmadıqca sadəcə potensial hesab edilir. Potensial gücü isə həqiqi real gücə yalnız liderlər çevirə bilirlər. O da hər liderdə olmur. İlham Əliyev son 200 illik tariximizdə milli gücümüzün maddi-fiziki və mənəvi komponentlərinin elə bir vəhdətini yarada bildi ki, bu sözün əsl mənasında qarşısı alınmaz selə çevirildi. 21-ci əsrin çoxkomponentli hibrid müharibələrinə qarşı savaşmaq və qalib gəlmək yalnız bu şəkildə mümkün ola bilərdi. Biz istər 2003-cü ildən 2020-ci ilədək davam edən hücüm diplomatiyası, alt qatlarda sirli qalan strateji sükut dövründə, istər hərbi sənayemizin təşkili ilə birlikdə ordumuzun şəxsi heyətinin peşəkarlardan komplektləşdirilməsi mərhələsində, istərsə də, 44 günlük müharibə dövründə və ondan sonra davam edən postmüharibə və böyük qayıdış mərhələsində, hər addımda Prezident İlham Əliyevin imzasını görürük”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev təkcə hərbi qələbəmizin deyil, həm də siyasi diplomatik qələbəmizin müəllifidir:

"Bu günlərdə Zəfər bayramımızın 2-ci ildönümünü qeyd edərkən dönüb geriyə baxdıqda bir tərəfdə 30 illik məşəqqət, xalqımıza qarşı törədilən alçaq hərbi cinayətlər və soyqırımı digər tərəfdə isə 44 günlük müharibəmiz və ondan ötən iki il ərzində qalib xalq kimi yaşadığımız milli qürur və sevinc günlərimiz var. Bu fərqi yaradan, bizə tarixi zəfərimizi bəxş edən məhz İlham Əliyev siyasətidir. Bu həqiqətlərin fərqində olarkən biz qələbəmizin necə böyük və necə şanlı olduğunu bir daha yenidən dərk edirik. Başa düşürük ki, biz nəyə görə və kimlər tərəfindən birinci Qarabağ savaşında uduzduq və eyni zamanda başa düşürük ki, İkinci Qarabağ savaşında qələbə əldə etmək nə qədər çətin bir iş imiş. Ona görə də qələbəmizin qalıcı və əbədi olması üçün milli həmrəyliyimizə sadiq qalmalı, dəmir yumruq ətrafında daha sıx birləşməliyik”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda dərc edilib.
 


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir