ABŞ-ın texnologiya şirkəti "Apple” istifadəçilərinə mümkün kiberhücum riski barədə xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, ABŞ mərkəzli texnologiya şirkəti iPhone istifadəçilərinə xəbərdarlıq edib.
Edilən açıqlamada iPhone sahiblərindən smartfonlarını yeniləmələri istənilərkən, keçən ay tətbiq edilən iOS 16.4 yeniləməsində bəzi təhlükəsizlik zəifliklərinin aşkar edildiyi ifadə edilib.
Açıqlamada iki təhlükəsizlik açığının aşkar edildiyi və iOS16.4.1 adlı yeniləmə ilə bu problemin aradan qaldırılacağına ümid edildiyi qeyd edilib.
Bildirilib ki, iPhone 8 və daha yeni modelləri əhatə edən bu yeniləmə zəifliyi aradan qaldırılacaq, hakerlər isə bu zəifliyə malik cihazları ələ keçirə bilərlər.
Ayşən