Apple korporasiyasının banisi Stiv Cobs uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib. Bu barədə Reuters məlumat yayıb. Cobsun xəstəliyi barədə ilk dəfə 2003-cü ildə məlumat verilib. Ona mədəaltı vəzin xərçəngi diaqnozu qoyulub. Cobs 2004-cü ildə uğurlu əməliyyat keçirsə də, sonraakı illər xəstəlik şiddətlənib. Bu ilin yanvarından Stiv Cobs səhhətiylə bağlı müddətsiz məzuniyyətə çıxmışdı.Apa.