"Apple" "iPhone-15"in özəlliyini açıqladı

MARAQLI
15:54 30.11.2022
385

"Apple” iPhone 15 hazırlıqlarına başlayıb.

AZXEBER.COM xəbər verir ki, ötən aylarda iPhone 14 Pro-nu təqdim edən "Apple” şirkəti artıq növbəti model olan iPhone 15 üzərində işləməyə başlayıb. iPhone 15 ilə bağlı sızan məlumata görə, yeni cihaz ən müasir kameraya sahib olacaq.

İddialara görə, "Apple” iPhone 15-i ən müasir kamera ilə təchiz etmək üçün "Sony” ilə işləyə bilər.

Məlumata görə, iPhone 15 iPhone fotoşəkillərini demək olar ki, real göstərəcək yeni nəsil "Sony” kamera görüntü sensoruna sahib olacaq.

Xüsusiyyət iPhone pərəstişkarları üçün sevindirici olsa da, bu, hələlik bəzi xarici mənbələrin iddialarıdır.

Ayşən

OXŞAR XƏBƏRLƏR