ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkəti maraqla gözlənilən iPhone 14 modellərini 2022-ci ilin sentyabrında təqdim edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu dəfə şirkət sentyabrda satışa çıxarılacaq iPhone 15 modelləri ilə bağlı bəzi məlumatları paylaşıb.
Belə ki, iPhone 15 Pro-nun dizaynını göstərən render şəkilləri ortaya çıxıb.
iPhone 15 Pro-nun işlənmiş şəkilləri "9to5Mac" tərəfindən paylaşılıb.
Paylaşılan fotolar iPhone 15 Pro-nun daha qalın kamerası və daha böyük obyektiv çıxıntılarına sahib olacağını təsdiqləyir.
Bununla belə, Pro Max modelində periskop sensoruna işarə edən kiçik əlavə kamera da var.
iPhone 15 Pro-da 1.55 mm-lik daha incə ekran çərçivələri və titan çərçivəyə keçən yüngül əyrilik olacaq.
Digər gözlənilən xüsusiyyətlərə USB-C portu və toxunma səsi və fiziki açar hissini təqdim edəcək səssiz düymələr daxildir.
Mikayıl