Milyonlarla smartfon istifadəçisi təhlükə altındadır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, milyonlarla smartfon istifadəçisinə kritik bir təhlükəsizlik xəbərdarlığı verilib.
Xəbərdarlıq ilə milyonlarla istifadəçinin foto və qeydlərinə edilən hücumlardan qorunmağa diqqət çəkilib.
"Apple” iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPad Air, iPad mini 2, iPad mini 3 və 6-cı nəsil iPod Touch-un yenilənməsini tövsiyə edib.
Bu cihazların istifadəçilərindən iOS 12.5.6 yeniləməsini quraşdırmaları xahiş olunub.
Ayşən