“Apple” kütləvi ixtisarlara başladı: 600 nəfər işdən çıxarıldı

“Apple” kütləvi ixtisarlara başladı: 600 nəfər işdən çıxarıldı
DÜNYA
12:37 08.04.2024
121
"Apple”ın ən azı 600 nəfər işçisi ilə yollarını ayırdığı bildirilir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, işdən çıxanların əksəriyyəti ləğv edilmiş elektrik avtomobili layihəsində işləyirdi.

Yeni ortaya çıxan məlumatlara görə, "Apple” artıq 600 işçisi ilə yollarını ayırıb. Bu insanların əksəriyyəti ləğv edilmiş avtomobil layihəsi üzərində işləyib.

Digər şəxslərin "Apple” üçün ekran texnologiyaları hazırlamağa çalışan qrupa aid olduğu bildirilib.

Məlumatlara görə, layihənin uğursuzluğa düçar olmasının əsas səbəbi "Apple”ın avtonom idarə olunan avtomobil üçün lazımi proqram təminatı və alqoritmləri hazırlaya bilməməsi olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR