Uzun illərdir smartfon bazarında hökmranlıq edən "Apple” yeni məhsullarını bazara çıxararaq yenidən texnologiya həvəskarlarının diqqətini çəkib.
AZXEBER.COM xəbər verir ki, lakin bir müddətdir ki, şirkət yeni iPhone-larla bağlı şikayətlər alır.
ABŞ və Avropada bu telefonları alıb istifadə edən sosial media istifadəçiləri telefonun arxa səthində rəng dəyişikliyi olduğunu açıqlayıb, korpusda barmaq izlərinin və yağ izlərinin qaldığını bildiriblər.
Bundan əlavə şirkət daha böyük bir şikayətlə üzləşib. iPhone 15 üçün bəzi istifadəçilər yeni telefonlarının donduğunu bildirərək reaksiya veriblər.
Bir istifadəçi "X” hesabında yazıb: "Mən köhnə telefonumdan bütün məlumatları yeni telefonuma köçürdüm və son beş saat ərzində proses başa çatmayıb. Həm də telefon sönmür”.
Gülay