“Apple” ucuz iPhone üzərində işini bərpa edəcək

“Apple” ucuz iPhone üzərində işini bərpa edəcək
DÜNYA
00:06 01.03.2023
446
"Apple” şirkəti əvvəllər ləğv edilmiş iPhone SE 4 modeli üzərində işləyir.

AZXEBER.COM xəbər verir ki, "Apple” ilə bağlı təhlili və proqnozları ilə tanınan Ming-Chi Kuo "Apple”ın növbəti nəsil iPhone SE üzərində işlədiyini iddia edib.

Belə ki, keçən il "Apple” iPhone 13 seriyasına daha kiçik ekranlı "mini" modeli daxil edib, lakin satışlar yaxşı getmədiyi üçün şirkət bu il belə bir modeli təqdim etməyib. Hazırda yenidən iPhone SE 4 üzərində işlərin getdiyi iddia olunub.

iPhone SE 4-ün OLED ekrana və Qualcomm yerinə Apple tərəfindən hazırlanmış 5G modemə sahib olacağı da məlumatlar arasındadır. 

6.1 düymlük iPhone 14-ün daha aşağı xüsusiyyətli versiyası olacağı gözlənilən iPhone SE 4-ün 2024-cü ilin əvvəlində istehsal xəttinə çıxacağı və çox güman ki, həmin il təqdim ediləcəyi gözlənilir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR