Apple şirkətinin təşkilatçılığı ilə San-Fransisko şəhərinin Mosconе West kompleksində keçirilən tərtibatçıların illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) baş tutub.Konfransda Apple şirkəti yeni məhsullar haqqında söhbət açıb. Belə ki, şirkət Retina ekranlı nazik MacBook Pro noutbukunu təqdim edib.Yeni MacBook Pro-nun çəkisi 2 kq, qalınlığı 1,8 sm, ekran diaqonalı 15 düym, təsvir ölçüsü bir düym üçün 220 ədəd piksel sıxlığı ilə 2880x1800 meqapiksel təşkil edir.Noutbukda 2,7 giqahers takt tezlikli dörnüvəli Intel Ivy Bridge - Core i5 və i7 prosessorlarından və GeForce GT 650 M videokartından, eləcə də 16 giqabaytadək operativ yaddaş və 768 giqabaytadək fləş-yaddaşdan istifadə olunur. Qurğuda SD yaddaş kartı üçün slot və HDMI, USB 3.0, Thunderbolt və MagSafe portları nəzərdə tutulub. MacBook Pro enerji batareyası ilə 7 saat ərzində işləyə bilir. Gözləmə rejimində kompüter 1 ayadək qala bilər. Aparatın qiyməti 2199 ABŞ dollarından başlayacaq. Bundan başqa, Apple MacBook Air və "adi" MacBook Pro noutbuklarını da yeniləyib. Onlarda yeni kompüterdə olduğu kimi, Ivy Bridge prosessorundan istifadə ediləcək. Qurğuların qiyməti dəyişməz qalacaq. 11 düymlük MacBook Air 999-1099 dollar, 13 düymlük 1199-1499 dollar olacaq. MacBook Pro-nun qiyməti 1199 dollardan (13 düym ekranlı) 2199 dollaradək (15 düym ekranlı) təşkil edəcək. ABŞ korporasiyası konfransında həmçinin iOS 6 - iPhone smartfonları, iPod touch pleyerləri və iPad planşet kompüterləri üçün nəzərdə tutulan əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Şirkət nümayəndələri təqdimat mərasimində bildiriblər ki, iOS 6-da 200-ə yaxın yeni funksiya yer alıb. iOS-un tərkib hissəsi olan Siri səs yardımçısı əməliyyat sisteminin yeni versiyası quraşdırıldıqdan sonra üçüncü nəsil iPad planşetlərində işləyə biləcək. Əvvəllər Siri-də yalnız iPhone 4S smartfonunda istifadə etmək olurdu. Yeni əməliyyat sistemi Facebook sosial şəbəkəsi ilə inteqrasiya ediləcək. Belə ki, sosial şəbəkənin login və parolunu daxil etməklə istifadəçilər əlavələrdəki məlumatı “bölüşmək” imkanı əldə edəcəklər. FaceTime videoçatı istifadəçi qurğusu rabitə şəbəkəsinə qoşulu olduqda belə işləyəcək. Əvvəllər yalnız aktiv Wi-Fi bağlantısı olanda ünsiyyət qurmaq mümkün idi. Şirkət Safari brauzerini də yeniləyib, istifadəçilərə Photo Stream-də olan fotoşəkilləri dostlarla “bölüşməyə” imkan yaradıb, istifadəçi poçtuna “mühüm” göndərişlərin siyahısını əlavə edib və iOS-a Passbook (burada istifadəçinin bütün elektron biletləri saxlanılacaq) əlavəsini daxil edib.Bundan əlavə, Apple naviqasiya kartları da işləyib hazırlayıb. iOS-da Google Maps əvəzinə “Xəritələr” əlavəsi Apple xəritələrindən yararlanacaq. Burada “Tıxaclar” servisi, yol nəqliyyat hadisəsi haqqında məlumatlar və mərhələli naviqasiya nəzərdə tutulub. “Xəritələr” əlavəsi Siri ilə əlaqələndiriləcək. “Xəritələr”də şəhərlərin 3D modellərinə baxmaq mümkündür. Bu təsvir rejimi Flyover adlandırlır. iOS 6-nın beta-versiyası iyunun 11-də işıq üzü görəcək. Əməliyyat sistemini üçüncü və ikinci nəsil iPad planşet kompüterlərində, iPhone 3GS, iPhone 4 və iPhone 4S smartfonlarında və dürdüncü nəsil iPod touch pleyerlərində quraşdırmaq mümkündür. ABŞ istehsalçısı Mountain Lion əməliyyat sisteminin yeni Mac OS X versiyası haqqında da danışıb. Sistem 2012-ci ilin iyulunda buraxılacaq və onu Mac App Store inernet mağazasından əldə etmək mümkün olacaq. Əməliyyat sisteminin əvvəlki versiyalarının (Lion и Snow Leopard) quraşdırıldığı Mac kompüter sahibləri üçün qiymət 19,99 dollar olacaq. Kompüteri 11 iyun 2012-ci ildən sonra alanlar əməliyyat sistemini pulsuz yeniləyə biləcəklər. Mac OS X Mountain Lion kompüterdə 2 giqabaytlıq operativ yaddaşın və diskdə 8 giqabaytlıq boş yerin olmasını tələb edir.