İngiltərədə yaşayan vətəndaş Castin Qutman təxminən 24 milyon iPhone istifadəçisi adına "Apple”dan təxminən 2 milyard dollar təzminat tələb edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə 2017-ci ildə "Apple” köhnə iPhone modellərini bilərəkdən yavaşlatdığını və böyük reaksiyalar aldığını etiraf edib.
Şirkət batareyaların köhnəlməsi ilə ortaya çıxan təsadüfi bağlanma problemlərinin qarşısını almaq üçün prosessor məhdudiyyətləri etdiyini açıqlasa da, iPhone-ların yavaşlaması səbəbindən istifadəçiləri bu açıqlama qane etməyib.
İngiltərədə Castin Qutman adlı Britaniya vətəndaşı təxminən 24 milyon iPhone istifadəçisi adından "Apple”a qarşı iddia qaldırıb.
O, "Apple”dan ümumilikdə 1,9 milyard dollar təzminat tələb edir.
Ayşən