“Apple”ın işçiləri tətil elan edib

“Apple”ın işçiləri tətil elan edib
DÜNYA
17:46 24.12.2021
352
"Apple”ın bir qrup işçisi şirkətə etiraz əlaməti olaraq tətil elan edib və insanları "Apple” məhsullarını almamağa çağırıb.

Texnologiya nəhənginin işçiləri "Apple”dakı iş şəraitindən, cinsi və irq ayrı-seçkiliyindən narazıdırlar.

Onlar kollektivdə normal iş mühitinin təmin edilməsini və ehtiyacı olan işçilərə psixoloji yardım göstərilməsini, həmçinin ödənişli xəstəlik məzuniyyəti tələb edirlər.
OXŞAR XƏBƏRLƏR