"Apple" şirkətinin rəhbəri Tim Kuk süni intellektlə bağlı mühüm açıqlamalar verib və hər kəsi diqqətli olmağa çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə indiki vaxtda ChatGPT kimi chatbotların populyarlaşması süni intellekt bazarına marağı artırıb.
Hökumətlər və şirkətlər süni intellektlə bağlı müxtəlif görüşlər keçirərək risklərə qarşı tədbir görməyə çalışırlar.
Rəqiblər Microsoft və Google sürətlə məhsuldar süni intellekt inkişaf etdirsələr də, Apple daha ehtiyatlı davranır.
"Apple"nin artıq bəzi məhsullarına maşın öyrənməsi və süni intellekt daxil etdiyini xatırladan Kuk "Biz AI-ni çox böyük görürük və məhsullarımızda süni intellektdən çox diqqətlə istifadə etməyə davam edəcəyik", - deyib.
Mikayıl