“Apple”nin yeni dizaynı ilə bağlı İDDİA

MARAQLI
00:07 21.02.2023
920
"Apple” tezliklə iPhone ilə bağlı yeni dizaynını təqdim edə bilər.

AZXEBER.COM xəbər verir ki, "Apple” məhsulları ilə bağlı xəbərləri paylaşan AppleInsider xəbərinə görə; ABŞ Patent və Ticarət Nişanları İdarəsi bu yaxınlarda texnoloji nəhəngə bir neçə yeni patent verib, bəziləri gələcək cihazlarda görünə bilər.

İddialara görə, yeni telefonlar qatlana bilən ekranla istifadəyə verilə bilər. Həmçinin, planlarda görünən smartfonun yan divarına yerləşdirilən sensorlar potensial olaraq səs səviyyəsinə nəzarət və ya telefonun parlaqlığını tənzimləmək kimi digər xüsusiyyətlər üçün istifadə edilə bilər.

"Apple”nin qatlana bilən iPhone istehsal edib-etməyəcəyi hələ də bəlli olmasa da, patentlər qarşıdan gələn smartfonların daha innovativ sensor ekran formasına sahib olacağını göstərir.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR