Aprel şəhidi haqda film çəkildi

Aprel şəhidi haqda film çəkildi
SOSİAL
15:19 11.11.2017
1098
Şəhid Nicat İsgəndərov haqda film çəkilib. 

AZXEBER.COM xəbər verir ki, 2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. "Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır. Sənədli film Ağdam rayonunda yeni yaradılmış "T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, "Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan Aşıq havalarından "Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin "Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır. 

Xatırladaq ki, Nicat Bəhruz oğlu İsgəndərov 4 avqust 1989-cu ildə Tərtər şəhərində anadan olub. 2016-cı ilin aprel ayının 2-də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancaına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi