“Aprel şəhidi”nin nişanlısı: “Murad axırıncı dəfə zəng edəndə...”

“Aprel şəhidi”nin nişanlısı: “Murad axırıncı dəfə zəng edəndə...”
SOSİAL
12:54 11.10.2017
4634
2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Murad Məmmədov həmin ərəfədə nişanlı idi. Murad Məmmədov 1989-cu ilin 17 aprel günündə Sumqayıt şəhərində anadan olub. 2016-cı il aprelin əvvəlində baş vermiş şiddətli döyüşlərdə şəhid olub. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

AZXEBER.COM xəbər verir ki, modern.az saytı şəhidin nişanlısından müsahibə alıb. Məlum səbəblərdən şəhidimizin nişanlısının şəklini və adını təqdim etmirik.

-Siz Muradla neçə müddət idi ki, nişanlanmışdınız?

-Cəmi 15 gün idi ki, nişanımız olmuşdu.

-Münasibətlərinizin yaranmasına valideynləriniz səbəb olmuşdu?

-Xeyr. Nişanlanmağımıza özümüz razılıq vermişdik. Çünki aramızda bir neçə ay idi ki, sevgi vardı. Özümüz tanış olmuşduq.

-Hər kəs kimi hərbi sahənin asan olmadığını bilirdiniz. Nə vaxtsa Muradı hərbidən uzaqlaşdırmaq haqqında düşünmüşdünüz?

-Heç vaxt belə fikirdə olmamışam. Həyatda sabahımızın necə açılacağını bilmirik. Ona görə də sevdiklərimizi necə bir talenin gözlədiyindən xəbərsizik. Hər halda, mən də sevdiyim insanı itirmək istəməzdim. Digər tərəfdən isə Murad ölməyib. O şəhidlik zirvəsinə yüksəlib. Muradın hərbçi kimi vətənə xidmət etməyindən həmişə qürur duymuşam. Murad özü də deyirdi ki, o, vətənə xidmət etmək üçün doğulub. "Vətən yolunda şəhid olanlar məndən əskik oğlanlar deyil” söyləyirdi.

Biz nişanlananda Muradın narahat olduğunu hiss etmişdim. 2016-cı ilin 28 martından Muradla əlaqə saxlamağa çətinlik çəkirdik. Təlimlərdə olurdu. Amma aprelin 1-dən sonra cəbhədən müharibə xəbəri gəlməyə başladı. Muradla axırıncı telefon zəngimiz aprelin 3-də alındı. O, telefonda məndən halallıq istədi. Müharibədir, nələrin baş verəcəyinin bilinmidiyini söylədi, sonra da "Özünə yaxşı bax” dedi. Özü və dostları ilə bağlı ümidli deyildi. Təbii ki, Muradın bu cür sözlərinə etiraz etdim. "Bu nə sözlərdir danışırsan. İnşallah qayıdıb gələrsən” dedim.

-Bilmirəm, necə soruşum: nişanlınızı yuxularınızda görə, onunla xəyalən danışa bilirsiniz?

-Təbii, Murad tez-tez yuxuma gəlir. Hiss edirəm ki, o da məni görür. Onun gözlərini ümidli görürəm. Çünki şəhidlər həmişə zirvədə olur, ondandır.

-Nişan üzüyünüz hələ də sizdədir, onu taxırsınız, yoxsa..?

-Əlbəttə məndədir. Amma üzüyü çıxarmışam. Üzüyü taxmağımı nə onun, nə də mənim valideynlərim istəyir. Onların məsləhəti ilə taxmıram. Amma Muradın mənə hədiyyə aldığı qızıl boyunbağını hələ də taxıram. Murada olan sevgim hələ də mənimlədir. O sevgi tükənməyib…

-Müsahibənin əvvəlində dediniz ki, Muradın valideynləri ilə əlaqəniz var. Onlar sizə nə arzulayırlar? Sizi gəlinlikdə görmək arzularını dilə gətirirlərmi?

-Onlar məni xoşbəxt görmək istədiklərini deyirlər. Necə ki, övladlarının xoş gününü görmək istəyirlər, məni də övladlarından ayırmırlar. Onlar məni gəlinlikdə də görmək istəyirlər. Amma indiki halda bu cür məsələləri düşünmürəm. Hər şey Allahın qismətindən asılıdır. Qismətimizdə nə varsa, odur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb