Aqil Abbas: “Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır”

Aqil Abbas: “Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır”
SOSİAL
13:25 14.05.2024
196
Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkisinin nə vaxt keçiriləcəyidir. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir.

İddialara görə, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmasında maraqlıdır. Belə ki, yaşı 70-i ötmüş, hamısı olmasa da, bir çox köhnə simanın deputat mandatı ilə vidalaşacağı da iddialar sırasındadır.

Məsələ ilə bağlı Yenisabah.az Milli Məclisin yaşı 70-i ötmüş deputatları ilə əlaqə saxlayıb.

Millət vəkili Vahid Əhmədov açıqlamasında bildirib ki, dünya təcrübəsində belə ənənə yoxdur:

"Bu xəbərlər qeyri-rəsmidir, günlərdir ki, bu barədə mətbuat yazır. Mətbuatın yazdığı, rəsmi olmayan iddialarla bağlı nə isə demək olmaz. Mənim bu haqda məlumatım yoxdur.

Deputat olmaq üçün yaş o qədər də əhəmiyyət kəsb etmir. Dünyada belə bir təcrübə yoxdur, mən buna rast gəlməmişəm. Əsas odur ki, deputat olmaq istəyən şəxs seçkidə səs toplaya bilsin, seçicilərlə işləməyi bacarsın. Onların problemlərinin həllinə kömək etsin, deputatın əsas işi budur. Mən də əlbəttə ki, cavanlaşmanın tərəfdarıyam. 2020-ci ildəki parlament seçkisində Milli Məclisə xeyli cavanlar gəldi. Onların arasında hörmət etdiyim kifayət qədər insan var, amma yaşlılara da ehtiyac var, çünki onlar təcrübəlidirlər. Yazılan iddiaların gerçək olub-olmayacağını isə zaman göstərəcək. Bu barədə hələ ki, Mərkəzi Seçki Komissiyasının qərarı yoxdur. Hər şey bundan sonra məlum olacaq.
Mən namizədliyimi irəli sürüb-sürməyəcəyim barədə hələ ki, qərar verməmişəm”.

Millət vəkili Aqil Abbasın səsləndirilən iddialara reaksiyası isə ironik olub:

"İçində mən olmaq şərti ilə yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır. Deputatı xalq seçir, bu seçimdə yaşa fikir verilmir. Mən də istəyərəm ki, parlamentə gənclər gəlsin, amma onları xalq seçir. Seçici deputatın yaşına, başına, savadına baxmır. Bunu xalqdan soruşmaq lazımdır ki, 70-dən yuxarı yaşı olanları seçəcəksiniz, ya yox? Dünya təcrübəsində də belə bir şey yoxdur.

Görünür, bəzi adamların qocaman deputatlardan - yaşı 70-i keçənlərdən zəhləsi gedir”.

Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
18:55 16.03.2025
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
18:37 16.03.2025
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
18:19 16.03.2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
17:47 16.03.2025
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
17:35 16.03.2025
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
17:04 16.03.2025
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
16:44 16.03.2025
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
16:32 16.03.2025
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
16:12 16.03.2025
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
16:05 16.03.2025
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
15:54 16.03.2025
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
15:27 16.03.2025
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
15:14 16.03.2025
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
15:01 16.03.2025
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
14:43 16.03.2025
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
14:28 16.03.2025
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib