Aqil Ələsgər ATƏT-in Zirvə Toplantısı BARƏDƏ: “Azərbaycana qarşı ikili standartları faktlarla sübuta yetirdik” - VİDEO

Aqil Ələsgər ATƏT-in Zirvə Toplantısı BARƏDƏ: “Azərbaycana qarşı ikili standartları faktlarla sübuta yetirdik” - VİDEO
SOSİAL
20:51 11.10.2024
543
"Artıq ermənilər yalnız Qarabağ yox, Naxçıvan, Şirvan hətta hara olduğunu bilmədiyimiz Girdimana qarşı iddia səsləndirirlər. Biz burada susmamalı, fəaliyyətimizi daha da artırmalıyıq”.

AZXEBER.COM xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısında azərbaycanlı nümayəndə olaraq iştirak edən və təəssüratını bölüşən "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, qeyd edib ki, İnsan Hüquqları İnstitunun İnsan Hüquqlarına Dair İllik Zirvəsi çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparıldı.

"Azərbaycanlı nümayəndələr olaraq həmin məsələlərdə mövqeyimizi ortaya qoyduq və fikirlərimzi bildirdik.

Tədbirin birinci günündə çıxışım Qərbi Azərbaycan mövzusunda oldu. 500 mindən çox vətəndaşımızın Ermənistan tərəfindən pozulan hüquqlarından bəhs etdim. Ən məsum hüquqlardan biri insanların dədə-baba yurdlarına qayıtması, ən azından turist kimi həmin yerləri ziyarət etməsidir.

İkinci gündə isə müzakirə mövzusu media azadlığı ilə bağlı idi. Xüsusilə Qərb mediasının bizə təbliğ etdiyi dəyərlərə etirazımızı bildirərək, Azərbaycana qarşı ikili standartlardan istifadə olunduğunu faktlarla sübuta yetirdik. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra təəssüflər olsun ki, Qərb mediası Azərbaycana qarşı obyektivlikdən kənar mövqe sərgiləyir”, – deyə o qeyd edib.

A.Ələsgər əlavə edib ki, tədbirin üçüncü günü terrorizmlə mübarizə mövzusunda çıxış edib.

"Çıxışım qondarma "Dağlıq Qarabağ Respublikası”nın terrorçu rəhbərləri haqqında idi. Dünya bu gün terrorçuya qarşı mərhəmət göstərmir. Misal üçün, Yaxın Şərqdə baş verənlərə baxmaq olar. Görürük ki, terrorçular və dövlətlərin terrorçu olaraq qəbul etdikləri ilə müzakirə aparılmır, onlar mühakimə edilmir, yalnız məhv edilir. Azərbaycan isə humanistlik göstərərək, istər Ruben Vardanyan, istərsə də Artur Harutyunyan və digərlərinə qarşı məhkəmə qurub, ədalətli şəkildə onların mühakimə olunmasını təmin edir. Bunun özü çox ciddi humanist aktdır. Halbuki onlar həm də Azərbaycanın mülki əhalisinə Gəncədə, Bərdədə və digər şəhərlərdə terror aktları həyata keçirdilər. Yəni cəzalarını almalıdırlar. Onlara heç kim qəhrəman deyə bilməz.

Ümumilikdə ATƏT-lə bağlı müşahidələrimizdən deyə bilərik ki, Qərbin ikili standartları və qərəzli mövqeyi burada da özünü göstərməkdədir. Belə ki, Azərbaycanın əleyhinə olan çıxışlarda heç bir limit görünmür. İstər ABŞ, istər Fransa, istərsə də Ermənistandan Azərbaycana qarşı olan çıxışlara daha çox yer verilir. Artıq ermənilər yalnız Qarabağ yox, Naxçıvan, Şirvan hətta hara olduğunu bilmədiyimiz Girdimana qarşı iddia səsləndirirlər. Burada susmamalı, fəaliyyətimizi daha da artırmalıyıq. Arqument və əlimizdə olan faktlarla onların iddialarına cavabımızı verməliyik”, – deyə o bildirib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb