Aqil Ələsgər “Miliyyət”in ermənipərəst yazarına türk mediasında cavab verdi

Aqil Ələsgər “Miliyyət”in ermənipərəst yazarına türk mediasında cavab verdi
MEDIA
15:16 13.05.2016
1457

Türkiyə ilə Azərbaycanın yüksək strateji ortaqlığı düşmənlərimiz tərəfindən qısqanclıqla qarşılanmaqdadır. İstər sosial mediada, istərsə də, erməni diasporunun aktiv olduğu ölkələrin mediasında bu ittifaqa qarşı yazılar dərc olunur. Təəssüf ki, erməni lobbisi bəzən bu istəyinə türk mediasında da nail ola bilir. Liberal, ermənilərin Qarabağdakı işğalını inkar edən bəzi yazarlar vasitəsi ilə bu strateji ittifaq hədəf seçilir.

Həmin yazarlardan biri, "Axşam” qəzetində çalışarkən, Dağlıq Qarabağın işğal altında olan ərazisinə Ermənistandan və Azərbaycanın icazəsi olmadan gedən, orada etdiyi çıxışla ölkəmizin "arzuolunmaz şəxslər” siyahısına düşən, lakin sonradan müəmmalı şəkildə oradan çıxan və hazırda "Milliyyət” qəzetində çalışan Nagehan Alçı bu müddət ərzində də Azərbaycana qarşı yalnış mövqeyini davam etdirir. Son olaraq, Qarabağdakı əməliyyatlar zamanı Türk hökumətinin və ictimaiyyətinin Azərbaycana birmənalı dəstəyini "Azərilər dost, ermənilər düşmanmı?” adlı məqaləsində sərt və ədalətsiz şəkildə tənqid edən Alçı daha sonra prezident Ərdoğanla birlikdə gəldiyi Bakı səfəri ilə bağlı ölkəmizə dair iftiralarla zəngin yazı qələmə aldı.

Nagehan Alçıya cavabı isə türk mediasında Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər verib. Türkiyənin nüfuzlu və ən çox oxunan Odatv.com saytında "Nagehan Alçının bu sözləri Azərbaycanda necə dəyərləndirildi” və "Kafkassam” və "Türk Haber” saytlarında "Türkiyə-Azərbaycan strateji ortaqlığı nədən hədəf seçilib?” başlıqlı məqalələrlə ermənipərəst yazarın absurd iddialarına cavab verib.

İki ölkənin də həssas bir dönəmdən keçdiyi vurğulanan yazılarda qeyd olunur ki, ""Həyatımda ilk dəfə Azərbaycana ayaq basdım” deməklə, əslində 2009-cu ildə erməni kanalına verdiyi "Qarabağ erməni torpağıdır” sözlərinin arxasındadır”.

Ermənipərəst yazarı Dağlıq Qarabağda erməni zülmünə uğramış insanlarla tanış olmağa dəvət edən Aqil Ələsgərin məqaləsində göstərir ki, "Nagehan Alçı Azərbaycan televiziyalarında ölkəmizə gələn o qədər lider arasında sadəcə Ərdoğanın göstərildiyindən narahat olub. Bir türk yazar öz prezidentinə başqa bir ölkədə göstərilən ehtiramdan niyə narahat olsun ki?”

A.Ələsgər Alçını iki ölkə arasında fitnə toxumu səpməməyə çağırıb və qeyd edib ki, Türkiyə prezidentinin təyyarəsində gəlib, ölkəmiz əleyhinə yazmağın ikili münasibətlər acısından arzuolunan hal deyil.

Yazılardan bəzilərinin linkləri:

www.odatv.com/nagehan-alcinin-bu-sozleri-azerbaycanda-nasil-yankilandi-1205161200.html

www.turkhaber.com.tc/azerbaycanli-yazardan-nagehan-alciya-cevab/

www.kafkassam.com/turkiye-azerbaycan-strateji-ortakligi-neden-hedef-secidi.html

https://terorungulenyuzu.com/azerbaycanli-yazardan-nagehan-alciya-agir-cevap-turkiye-azerbaycan-strateji-ortakligi-neden-hedef-secilib/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO