Aqil Ələsgər Vyanada Qərbin ikiüzlü siyasətini İFŞA ETDİ

Aqil Ələsgər Vyanada Qərbin ikiüzlü siyasətini İFŞA ETDİ
SİYASƏT
21:06 17.03.2025
146
"Media ədalətli və obyektiv olmalıdır. Sizə və başqasına görə tərəf olmamamlıdır”.

Yenicag.az xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında çıxışı zamanı deyib.

 

Aqil Ələsgər Qərb dairələrinin Azərbaycanın dövlətçiliyinə zərbə vurmağa cəhd etmiş, müxtəlif terrorçuluq əməlləri törədən erməni əsilli şəxslərin hakim qarşısına çıxarılmasına verdiyi yersiz reaksiyanın ədalətsiz olduğunu vurğulayıb:


"Dünyanın heç bir yerində terrora və terrorçuya güzəşt edilmir və cəzasız buraxılmır. Yaxın Şərqdə son yaşananlar göz önündədir. Gücü olan dövlət terrorçu hesab etdiyini məhv edir. Azərbaycan isə öz ərazisində terror dövləti quran, Qarabağı işğal edən terrorçulara qarşı olduqca humanist davranaraq onları məhkəməyə çıxarıb. Bunun özü ciddi humanist aktdır.


Vardanyanın, Qukasyanın, Arutunyanın əlləri təkcə Azərbaycan əsgərinin deyil, Gəncədə, Bərdədə yaşayan mülki vətəndaşların da qanına batıb. Onlar Qarabağ savaşı zamanı mülki obyekt və əhalini hədəf seçiblər. Bu şəxslər başqa bir dövlətə qarşı eyni cinayətləri törətsəydilər, onları qəhrəman elan edərdilər?


Nə üçün onlar qeyd-şərtsiz azad olunmalıdır? Haradadır ədalət? Onların cəzasız qalmasını istəmək azad söz deyil, bəşəri cinayətə ortaq olmaqdır.


Bu səbəbdən də erməni terrorundan bir əsrdən bəri əziyyət çəkən Azərbaycan xalqı terrorun bütün formalarını lənətləyir. Biz terrora və terrorçuya qarşıyıq”. 



OXŞAR XƏBƏRLƏR